İnternetdə Amerikanın “Maxar Technologies” şirkətinin Belarusun Osipoviç şəhəri yaxınlığındakı Tsel kəndində rusiyalı “Vaqner” muzdlularının düşərgəsinin miqyasını və ərazisini əks etdirən yeni peyk görüntüləri peyda olub.
Hafta.az “TSN”ə istinadla xəbər verir ki, fotoları jurnalist Kristian Tribert “Tvitter”də yerləşdirib.
Şəkillərdən də göründüyü kimi, düşərgə geniş ərazini tutur. Düşərgənin ərazisində yüzlərlə minik avtomobili, kiçik yük maşınları və 35-ə yaxın yarımqoşqu bir neçə cərgədə düzülüb.
Fotolar 24 iyul bazar ertəsi, əyri və ya əyilmə bucaq altında çəkilib.
Ukrayna Dövlət Sərhəd Xidmətinin daha əvvəl bildirdiyi kimi, iyulun 22-nə Belarus Respublikası ərazisində təxminən 5000 “vaqner"çi var idi. Sərhəd xəttində vəziyyətə Ukrayna dövlətinin sərhəd bölmələri və müdafiə qüvvələrinin digər hissələri tam nəzarət edir.
Xəbərdə xatırladılır ki, "Vaqner" təhlükəsi səbəbindən Polşa şərq sərhədinə daha çox qoşun yeridib və orada əlavə yeni hərbi hissə tikməyi planlaşdırır. Bunun fonunda Kremlin işğalçı və diktator rəhbəri Vladimir Putin belə bir fikir irəli sürüb ki, guya Polşa Ukraynanın qərbini işğal etməyi planlaşdırır...